loader
Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?
Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər.
Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik.
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!
Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də.
Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz.
Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.
Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək.
Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk.
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır.
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım.
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!”
Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər.
Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır.
Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər!