loader
Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş,
ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır.
O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər.
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”
Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.
O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür.
Əgər üz döndərsələr, de: “Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm”.
Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı.
Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar.
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”.
Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.
Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”.
İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?
Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər.
Şübhə yox ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır.
Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.
Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar.
Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, kafirlər onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün Allah onları çağırıb: “Şəriklərim haradadır?”– deyəcəkdir. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!”– deyəcəklər.
Əvvəllər tapındıqları bütlər onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin edəcəklər.
Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq.