loader
And olsun Allahın əmrini yaydıqca yayanlara,
haqqı nahaqdan ayırdıqca ayıranlara
üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
Elçilərə vaxt təyin olunacağı zaman –
deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
Biz günah sahibləri ilə belə davranırıq.
Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
və istədikləri meyvələr içində olacaqlar.
Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.